Bank Of Baku

Litva XİN-in keçmiş rəhbəri Aİ-nin Əfqanıstandakı missiyasının rəhbəri təyin olunub

Litva XİN-in keçmiş rəhbəri Aİ-nin Əfqanıstandakı missiyasının rəhbəri təyin olunub
# 23 fevral 2010 00:07 (UTC +04:00)
Bakı-APA. Litvanın keçmiş xarici işlər naziri Viqaudas Uşatskas bazar ertəsi Avropa İttifaqının (Aİ) Əfqanıstandakı missiyasının səlahiyyətli nümayəndəsi və rəhbəri təyin olunub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Aİ-nin missiyası rəhbəri vəzifəsinə ümumilikdə 6 namizəd olub.

Adı çəkilən post Lissabon müqaviləsi əsasında yaradılmış Avropa Xarici Əlaqələr Xidmətində nəzərdə tutulub. Adı çəkilən xidmət beynəlxalq aləmdə fəaliyyətinə məhz Əfqanıstan missiyasından başlayacaq.

Səlahiyyətli nümayəndənin əsas vəzifəsi Aİ-nin Əfqanıstana yardımını ölkənin nazirlikləri, habelə NATO və BMT il əlaqələndirməkdir.

Litva XİN-dən verilən məlumata görə, 2008-ci ilin iyul ayından Aİ-nin Əfqanıstandakı xüsusi səlahiyyətli nümayəndəsi vəzifəsini tutan italiyalı Ettore Françesko Sekvinin səlahiyyət müddəti cari ilin fevralında sona çatır.

Qeyd edək ki, Uşatskas 2008-ci ilin dekabrı ayndan cari ilin yanvar ayına qədər Litvanın xarici siyasət idarəsinin rəhbəri, bundan əvvəl isə o Litvanın ABŞ və Böyük Britaniyada səfiri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR