Bank Of Baku

PKK tərəfdarı Ərdoğana çəkmə tullayıb

PKK tərəfdarı Ərdoğana çəkmə tullayıb
# 23 fevral 2010 02:57 (UTC +04:00)
Bakı-APA. Məşhur siyasi xadimlərə çəkmə atılması ilə bağlı hadisələr sırasına daha bir insident daxil olub. İspaniyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana çəkmə atılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Andalusiyanın paytaxtı Sevilyanın hava limanına yola düşmək üçün avtomobil əyləşən Ərdoğana çəkmə ataraq «Yaşasın Kürdüstan!» deyə hayqırıb. Çəkmə baş nazirdən yan ötüb, həmin şəxs isə təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

Xatırladaq ki, 2008-ci ilin dekabr ayında bir müddət əvvəl ABŞ keçmiş prezidenti Bağdadda səfərdə olarkən iraqlı jurnalist Müntazir əz-Zeydi çəkməsini ona atıb və buna görə də həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR