Bank Of Baku

Türkiyədə şaxtada partlayış baş verib: 17 nəfər həlak olub - YENİLƏNİB

Türkiyədə şaxtada partlayış baş verib: 17 nəfər həlak olub - <font color=red>YENİLƏNİB</font>
# 23 fevral 2010 21:13 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Balıkəsir əyalətində Odaköy adlı yerdə şaxtada baş vermiş partlayışda ölənlərin sayı 17-yə çatıb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Balıkəsir valisi Yılmaz Arslan məlumat verib. O şaxtadan 12 nəfərin cəsədinin çıxarıldığını, 5 nəfərin isə xəstəxanada həyatını itirdiyini bildirib.

Partlayış zamanı şaxtada 46 nəfər olub. Çıxarılan şaxtaçılar yaxınlıqdakı xəstəxanalara göndəriliblər.

Partlayışa mədən qazları səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR