Bank Of Baku

Türkiyədə prezident, baş nazir və Silahlı Qüvvələrin Baş Qərargah rəisi arasında görüş keçirilib

Türkiyədə prezident, baş nazir və Silahlı Qüvvələrin Baş Qərargah rəisi arasında görüş keçirilib
# 25 fevral 2010 13:35 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, prezidentin Çankaya iqamətgahında keçirilən görüş 3 saat davam edib. Prezident iqamətgahından aşağıdakı açıqlama verilib: “Görüşdə son günlər ictimaiyyətdə müzakirə edilən mövzulara toxunulub. Vətəndaşlarımız gündəmdəki məsələlərin Konstitusiya və qanunlar çərçivəsində həll ediləcəyindən əmin olmalıdır. Bu prosesdə qurumların nüfuzdan salınmaması üçün hər kəsin məsuliyyətlə hərəkət etməsinin vacibliyi vurğulanıb”.
Xatırladaq ki, fevralın 22-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, 1-ci Ordunun sabiq komandanı, istefada olan ordu generalı Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, 1-ci Ordunun keçmiş komandanı, istefada olan ordu generalı Çətin Doğan, daha bir neçə istefada və fəaliyyətdə olan generallar, admirallar, polkovniklər – ümumilikdə 49 nəfər həbs edilib. Həbslər “Taraf” adlı qəzetin ortaya atdığı “Balyoz” (gürz, kuvalda) hərbi çevriliş planı ilə əlaqədar həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR