Bank Of Baku

Yan Mİkallef: “Monitorinqlərin effektliyi mütəmadi olaraq artırılmalıdır”

Yan Mİkallef: “Monitorinqlərin effektliyi mütəmadi olaraq artırılmalıdır”
# 25 fevral 2010 14:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərini icra edən Yan Mikallef AŞ Nazirlər Komitəsinin üzvləri ilə qurumda baş katib Tyorborn Yaqlandın təklif etdiyi islahatlarla bağlı fikir mübadiləsi aparıb. APA-nın məlumatına görə, Mikallef bildirib ki, Konqresin keçirdiyi monitorinqlərin effektliyi mütəmadi olaraq artırılmalıdır: “Monitorinq sahəsində fəaliyyətimizin əsas aspektlərindən biri yerli və regional seçkilərin müşahidəsinin aparılmasıdır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Gələn ay biz dekabrda Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı müşahidələrimizin yekunları əsasında hazırlanmış hesabatı təqdim edəcəyik. Bu seçkiləri müşahidə edən yeganə beynəlxalq müşahidəçi biz idik. Biz həmçinin Gürcüstanda seçkiləri müşahidə missiyasının tərkibini formalaşdırmağa başlamışıq”. Yan Mikallef martın 17-də keçiriləcək sessiyanın ilk iclasında qurumun baş katibinin də təyin olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR