Bank Of Baku

Türkiyədə hərbi çevriliş hazırlamaları iddiası ilə saxlanılmış istefada olan iki general sərbəst buraxılıb

Türkiyədə hərbi çevriliş hazırlamaları iddiası ilə saxlanılmış istefada olan iki general sərbəst buraxılıb
# 25 fevral 2010 19:59 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istefada olan ordu generalı, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Xəlil İbrahim Fırtına və ordu admiralı, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özdən Örnək prokurorluqda istintaqa ifadə verdikdən sonra bu gün axşam saatlarında sərbəst buraxılıblar.

Hazırda ordu generalı Ergün Sayqun və Çətin Doğan istintaqa ifadə vermək üçün saxlanılıb. E. Sayqunun ifadəsi bu gün alınsa da o, prokurorluqdan buraxılmayıb. General Ç.Doğan isə sabah ifadə verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR