Bank Of Baku

Rusiya ilə ABŞ arasında SHS-ə dair danışıqların növbəti raundu martın 9-da keçiriləcək

Rusiya ilə ABŞ arasında SHS-ə dair danışıqların növbəti raundu martın 9-da keçiriləcək
# 02 mart 2010 01:09 (UTC +04:00)
Bakı-APA. Strateji hücum silahlarına (SHS) dair Rusiya ilə ABŞ arasında danışıqların növbəti raundu martın 9-da Cenevrədə keçiriləcək.

APA-nın İNTERFAKS-a istinadən verdiyi xəbərə görə, bunu yüksək rütbəli amerikalı diplomat agentliyə müsahibəsində bildirib.

«Ötən həftə danışıqlarda iştirak edən komandalar öz ölkələrinə dönüblər və görüşlər martın 9-da bərpa olunacaq. Bu o deməkdir ki, danışıqların sonuna hələ çox var», - deyə mənbə bildirib.

Rusiya və ABŞ tərəfindən danışıqların davam etdirilməsinə dair rəsmi məlumat daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR