Bank Of Baku

Bosniyanın keçmiş prezidenti Londonda həbs edilib

Bosniyanın keçmiş prezidenti Londonda həbs edilib
# 02 mart 2010 07:06 (UTC +04:00)
Bakı – APA. Martın 1-də Bosniyanın sabiq prezidenti Eyyub Qaniç Londonda həbs edilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, E. Qaniç 1990-cı ildə Balkanlardakı münaqişə zamanı hərbi cinayətlər törətməkdə - yaralı hərbçilərin öldürülməsində ittiham olunur.

63 yaşlı E. Qaniç Londonun “Hitrou” hava limanında Serbiya hakimiyyətinin ekstradisiya tələbi əsasında polis tərəfindən saxlanılıb. Serbiya tərəfi ekstradisiya üçün lazım olan bütün sənədləri Böyük Britaniyaya göndərdikdən sonra E. Qaniç bu ölkəyə təhvil veriləcək.

Qeyd edək ki, Belqrad dairə məhkəməsi 2009-cu ildə 19 sabiq bosniyalı məmurun, o cümlədən E. Qaniçin həbsi üçün order verib. Bu şəxslər 1992-ci ilin mayında Sarayevodan geri çəkilən Yuqoslaviya Xalq Ordusunun bölmələrinə hücumda ittiham olunur. Həmin vaxt Yuqoslaviya (serb) ordusu daha əvvəl razılaşdırılmış dəhlizlə Bosniya paytaxtı Sarayevonu tərk etməli idi. Lakin BMT sülhməramlılarının müşayiət etdiyi serb hərbçiləri bosniyalıların hücumuna məruz qalıb. Nəticədə 42 əsgər və zabit öldürülüb, 73 nəfər yaralanıb, 215 nəfər əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR