Bank Of Baku

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Misir prezidenti ilə görüşüb

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Misir prezidenti ilə görüşüb
# 02 mart 2010 10:16 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Misir prezidenti Hüsni Mübarəklə görüşüb. APA-nın “ELAPH”a istinadən verdiyi xəbərə görə tərəflər ümumi maraq doğuran, regional, beynəlxalq problemləri müzakirə edib. Əhməd Davudoğlu və Hüsnü Mübarək xüsusilə Yaxın Şərq, Balkanlar, Cənubi Qafqaz, Fars körfəzindəki problemlər, enerji təhlükəsizliyi, Qahirə və Ankaranın beynəlxalq arenalarda mövqeyinin koordinasiyası və iki dövlət arasında əməkdaşlığın aktivləşdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Əhməd Davudoğlu “Misir Türkiyə strateji dialoqu” iclasında iştirak etmək üçün Misirə gedən Türkiyə nümayəndə heyətinə başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR