Bank Of Baku

Türkiyə yəhudiləri konqresmenlərə məktub göndərib

Türkiyə yəhudiləri konqresmenlərə məktub göndərib
# 03 mart 2010 08:40 (UTC +04:00)
Bakı – APA. Türkiyədəki yəhudi icması ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin üzvlərinə məktub göndərib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, məktubda uydurma “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbul olunacağı təqdirdə Türkiyə-ABŞ münasibətlərinin zədələnəcəyi barədə xəbərdarlıq əksini tapıb.

Məktubda deyilir: “Türkiyə yəhudi icması tarixi olayların dəyərləndirilməsinin parlamentlər tərəfindən həyata keçirilməsini doğru saymır. Bu, tarixçilərin vəzifəsidir. Məlum layihə qəbul olunarsa, Türkiyə-Amerika əlaqələri zərər görəcək, Türkiyə-Ermənistan münasibətləri də düzəlmə istiqamətində inkişaf etməyəcək”.

İsrailin Türkiyədəki səfiri Qabi Levi də “Akşam” qəzetinə açıqlamasında ötən illərdə ölkəsinin bu cür layihələri əngəlləmək üçün cəhdlər göstərdiyini xatırladıb: “Türkiyə istəsə, keçmişdəki təcrübələrimiz əsasında yenə əlimizdən gələni etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR