Bank Of Baku

Fransa «Mistral» vertolyot gəmilərinin NATO-nun vacib tərəfdaşı olan Rusiyaya satılması barədə müstəqil qərar verə bilər

Fransa «Mistral» vertolyot gəmilərinin NATO-nun vacib tərəfdaşı olan Rusiyaya satılması barədə müstəqil qərar verə bilər
# 03 mart 2010 20:46 (UTC +04:00)
Bakı-APA. «Fransa «Mistral» vertolyot gəmilərinin NATO-nun vacib tərəfdaşı olan Rusiyaya satılması barədə müstəqil qərar verə bilər». APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen bildirib.

Onun sözlərinə görə, «NATO bu alqı-satqıda iştirak etmir. Rusiya alyansın vacib tərəfdaşıdır və Fransanın bu ölkəyə gəmilərin satılması barədə müstəqil qərar verə bilər. Əminəm ki, Rusiya «Mistral»ı qonşularına qarşı istifadə etməyəcək», - deyə Rasmussen bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR