Bank Of Baku

İrana silah qaçaqmalçılığı ilə məşğul olanlar saxlanılıb

İrana silah qaçaqmalçılığı ilə məşğul olanlar saxlanılıb
# 04 mart 2010 00:09 (UTC +04:00)
Baku-APA. İtaliya polisinin məlumatına görə, İrana silah qaçaqmalçılığı ilə məşğul olan 9 nəfər Milan şəhərində nəzarət altına alınıb. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, martın 3-də saxlanılanlar qanunsuz olaraq silah və silah-sursat sistemləri ixracatında ittiham olunurlar.

İtaliyanın sərhəd polisinin bəyanatında deyilir ki, şübhəlilər arasında 5 italiyalı və 4 iranlı var.

«Snayper əməliyyatı» adlanan təhqiqata İtaliya terrorizm əleyhinə prokuroru Armandi Spataro başçılıq edir.

Birləşmiş Millətlər Təşkilatının embarqosuna görə, İrana silah ixracatına ciddi nəzarət olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR