Bank Of Baku

Türkiyə XİN başçısı: «Yaxın Şərq problemi ancaq dialoqla həll oluna bilər»

Türkiyə XİN başçısı: «Yaxın Şərq problemi ancaq dialoqla həll oluna bilər»
# 06 mart 2010 18:17 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu, Yaxın Şərq probleminin ancaq və ancaq dialoq yolu ilə həll oluna biləcəyini bəyan edib.

APA-nın məlumatına görə, o bu barədə Avropa Birliyində sədrlik edən İspaniyanın Kordoba şəhərində keçirilən qeyri-rəsmi AB xarici işlər nazirləri toplantısında etdiyi çıxışda bildirib.

«Bu dialoq qapılarını açmaq için Türkiyə əlindən gələni edəcək. Son vaxtlar Avropa Birliyinin daha aktiv bir rol oynaması düzgün addımdır. Avropa Birliyi münaqişənin həll olunması daha çox fayda verə bilər», deyə Davutoğlu əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR