Bank Of Baku

Portuqaliya Yunanıstandan sonra Avropa Birliyinin ikinci «zəif həlqə»si ola bilər

Portuqaliya Yunanıstandan sonra Avropa Birliyinin ikinci «zəif həlqə»si ola bilər
# 09 mart 2010 23:09 (UTC +04:00)
Baku-APA. Portuqaliya həmkarlar ittifaqları hökumətin təklif etdiyi böhrandan çıxış proqramını tənqid ediblər.

APA-nın məlumatına görə, maliyyə naziri Teyşeyra duş Santuş sənədi təqdim etdikdən sonra, həmkarlar ittifaqları təklif olunan tədbirlərin sosial etiraz dalğasına səbəb olacağını bildiriblər.

«İntersindikal» həmkarlar ittifaqının lideri Karvalyu da Silvanın sözlərinə görə, «Stabilləşmə və artım proqramı» Portuqaliyanı böhrandan çıxarmağa qadir deyil. «Bu proqram tamamilə balanslaşdırılmayıb, proqramdakı sosial sahəyə aid təkliflər yenə də sadə vətəndaşların çiyninə yük düşəcəyini göstərir», deyə o bildirib.

Zəhmətkeşlərin Ümummilli ittifaqının lideri Joau Proensa da təklif olunan tədbirləri «təhlükəli» adlandırıb. Onun sözlərinə görə, bu tədbirlər etiraz dalğasına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR