Bank Of Baku

Belçika məhkəməsi 6 PKK liderini azadlıqdan məhrum edib

Belçika məhkəməsi 6 PKK liderini azadlıqdan məhrum edib
# 10 mart 2010 00:34 (UTC +04:00)
Bakı-APA. Ötən həftə Belçikada həbs olunmuş PKK liderlərindən 8 nəfəri Brüssel və Şarlerua məhkəməsi qarşısına çıxarılıblar.

APA-nın məlumatına görə, Brüssel məhkəməsi keçmiş Türkiyə millət vəkilləri Rəmzi Kartal və Zübeyr Aydar olmaqla 5 PKK liderini müxtəlif müddətlərə azadlıqdan məhrum edib. Eyni qərar Şarlerua məhkəməsi tərəfindən PKK-lı Naim Acar barəsində də çıxarılıb.

Bundan əlavə Brüssel məhkəməsi 2 PKK yetkilisini azadlığa buraxıb. Belçika prokurorluğu bu qərardan apelyasiya şikayəti verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR