Bank Of Baku

Fransada «Roj» TV-yə qarşı əməliyyat keçirilib

Fransada «Roj» TV-yə qarşı əməliyyat keçirilib
# 10 mart 2010 05:01 (UTC +04:00)
Bakı-APA. İtaliya, Almaniya, Fransa və Belçikada PKK-ya qarşı əməliyyatlar davam edir.

APA-nın məlumatına görə fransız polisi Orlean şəhərində PKK-nın televiziyası sayılan «Roj» TV əməkdaşı Gülay Aydəmir, onun qardaşı Sedat Aydəmir və Niruz Hasan adlı bir nəfər həbs olunublar.

Strasburqda isə «Roj» TV əməkdaşı Zeyneb Geleş və kanalın Strasburq müxbiri Nesrin Arslan, həmçinin Nesrin Arslanın atası və qardaşı həbs ediliblər. Beləliklə Fransada həbs olunan PKK-çıların sayı 14-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR