Bank Of Baku

Türkiyədə avtobus çevrilib: 5 nəfər həlak olub

Türkiyədə avtobus çevrilib: 5 nəfər həlak olub
# 10 mart 2010 04:17 (UTC +04:00)
Bakı-APA. Türkiyədə Manisa-Salihli marşrutu ilə hərəkət edən sərnişin avtobusunun Manisa-Turqutlu yolunda çevrilməsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

APA-nın məlumatına görə, avtobus çevrildikdən sonra 2 sərnişin onun altında qalaraq həyatlarını itiriblər. Digər 3 nəfər isə avtobusun içərisində keçiniblər.

Yaralılar yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. Qəzaya səbəb avtobusun gözlənilmədən hündür səkiyə qalxaraq aşması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR