Bank Of Baku

AŞ PA prezidenti ilə Avropa Parlamentinin sədri arasında görüş keçirilib

AŞ PA prezidenti ilə Avropa Parlamentinin sədri arasında görüş keçirilib
# 10 mart 2010 08:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu ilə Avropa Parlamentinin sədri Yeji Buzek arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən M. Çavuşoğlu bildirib ki, AŞ PA-ya rəhbərliyi dövründə əsas öncəliyi Avropa Parlamenti ilə əlaqələri gücləndirmək, AŞ PA-nın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaradılan parlament təşəbbüsündə iştirakına nail olmaqdır. Görüşdə AŞ PA və AP-nin münaqişələrin qarşısını alınmasında rolu məsələsi də müzakirə edilib.

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də Stokholmda “Şərq tərəfdaşlığı” proqramının parlament assmbleyasının (Euronest) yaradılması üzrə işçi qrup formalaşdırılıb. Yeni qurumda proqram iştirakçısı ölkələrdən 60 və Avropa Birliyi ölkələrindən 60 nəfər olmaqla 120 nəfər təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR