Bank Of Baku

Avropa İttifaqı ölkələrinin vətəndaşları ABŞ-a vizasız gedib-gəlmək imkanı əldə edə bilərlər

Avropa İttifaqı ölkələrinin vətəndaşları ABŞ-a vizasız gedib-gəlmək imkanı əldə edə bilərlər
# 10 mart 2010 19:17 (UTC +04:00)
Bakı-APA. Avropa Komissiyası çərşənbə günü ABŞ-ın hökumətinin Yunanıstan vətəndaşları üçün ölkə ərazisinə vizasız gediş-gəliş icazəsinin verilməsi qərarını alqışlayaraq, bu qərarın Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələrə aid edilməsinə çağırıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında «Yunanıstanın ABŞ-ı ərazisində 90 gün müddətində vizasız gediş-gəlişə icazə verən «Visa Waiver» proqramına daxil edildiyi» bildirilir.

«Mən ABŞ hökumətini «Visa Waiver» proqramına Kipr, Bolqarıstan, Polşa və Rumıniyanın da tezliklə daxil edilməsinə çağırıram», - deyə daxili işlər üzrə Avropa komissarı Sesiliya Malmstrem bildirib.

Qeyd edək ki, Yunanıstandan öncə «Visa Waiver» proqramına 35 ölkə daxil olub.
1986-cı ildə yaradılmış proqram turistlər üçün daha asan gediş-gəliş qaydalarını nəzərdə tutur. Proqramın qaydalarına uyğun olaraq ABŞ-ə səfər etmək istəyən şəxslər bunun üçün səfirlikdə viza almaq əvəzinə həmin səfər barədə onlayn-xəbərdarlıq formasını doldurmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR