Bank Of Baku

Abdullah Gül: «İsveç parlamentinin qərarının heç bir etibarı yoxdur»

Abdullah Gül: «İsveç parlamentinin qərarının heç bir etibarı yoxdur»
# 12 mart 2010 00:53 (UTC +04:00)
Bakı-APA. Türkiyə prezidenti Abdullah Gül, İsveç parlamentində «erməni soyqırımı»nın tanınmasını «bu qərarların necə alındığını biz çox yaxşı bilirik. Bizim nəzərimizdə heç bir etibarı yoxdur» sözlərilə şərh edib.

APA-nın məlumatına görə, bu qərarı qəbul edənlərin tarixçi olmadığına diqqəti çəkən Gül, «keçən Amerika Konqresilə bağlı dediklərimi burada da təkrarlamaq istəyirəm. Soruşsanız hadisə barəsində 3 kəlmə bilmirlər. Əsasən çox cılız iddialarla hərəkət edən insanlardır. Tarixə qarşı edilmiş hörmətsizlik baxımından çox təəssüf doğuran qərardır. Heç bir etibarı yoxdur. Bunları da çox böyütməyin. Çox böyüdüləcək bir mövzu da deyil. Çünki etibar etmədiyimiz mövzuları böyütməməliyik», deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR