Bank Of Baku

İsveçin xarici işlər naziri: “Tarix siyasiləşdirilməməlidir”

İsveçin xarici işlər naziri: “Tarix siyasiləşdirilməməlidir”
# 12 mart 2010 10:22 (UTC +04:00)
Bakı – APA. İsveç hökuməti ermənilər və digər xristian azlıqların türklər tərəfindən soyqırıma məruz qoyulması barədə ölkə parlamentinin martın 11-də qəbul etdiyi qərara etirazını bildirib. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, İsveçin xarici işlər naziri Karl Bildt ölkəsinin TT agentliyinə açıqlamasında bəyan edib ki, tarix siyasiləşdirilməməlidir. O, qərarın Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə zərər verəcəyindən narahatlıq duyduğunu söyləyib. “Sizcə 1915-ci il hadisələri soyqırımdırmı?” sualına K. Bildt belə cavab verib: “Mən nə o tərəfdə, nə də bu tərəfdə olmaq istəyirəm. Türkiyə ilə Ermənistan tarixçilərdən ibarət bir qurumun yaradılması barədə razılığa gəlib. Bu, önəmli bir qərardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR