Bank Of Baku

Avropa Parlamentinin deputatı PKK toplantılarına qatıldığını etiraf edib

Avropa Parlamentinin deputatı PKK toplantılarına qatıldığını etiraf edib
# 13 mart 2010 09:39 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İtaliya, Fransa və Belçikada keçirilən anti-PKK əməliyyatlarına etiraz etmək məqsədilə Avropa Parlamentinin binasında bir qrup deputat toplantı keçirib.

Terror təşkilatını açıq şəkildə dəstəkləyən deputatlardan J.Bove PKK-nın Fransadakı gizli düşərgələri haqda ölkə polisinin məlumatlı olduğunu, özünün isə dəfələrlə bu düşərgələrdə keçirilən toplantılara qatıldığını bəyan edib. O, düşərgənin yaxınlığında Fransa ordusunun hərbi şəhərcik olduğunu deyib.

J.Bove fevralın 26-da Fransa hüquq-mühafizə orqanları tərəfindən yaxalanan PKK-nın Avropadakı liderlərindən Mehmet Əli Doğanın yaxın dostu və qonşusu olduğunu da etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR