Bank Of Baku

Kosovonun şimalında Avropa Birliyinin missiyasının maşınına hücum edilib

Kosovonun şimalında Avropa Birliyinin missiyasının maşınına hücum edilib
# 13 mart 2010 19:35 (UTC +04:00)
Bakı-APA. Kosovonun şimal-qərbində, Zubin- Potok yaşayış məntəqəsinin yaxınlığında naməlum şəxslər Qanunun aliliyi sahəsində Avropa missiyasının (QASAM) maşınını atəşə tutublar.

APA-nın məlumatına görə, zirehli maşına əvvəlcə qumbara atılıb, sonra isə o avtomatlardan atəşə tutulub. Avtomobilin sərnişinlərindən heç kim xəsarət almayıb.

QASAM dərhal terror aktını pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR