Bank Of Baku

İsveç baş naziri «soyqırımı» qərarına görə türk həmkarından üzr istəyib

İsveç baş naziri «soyqırımı» qərarına görə türk həmkarından üzr istəyib
# 13 mart 2010 22:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Türkiyə Nazirlər Kabineti rəsmi açıqlama yayıb.

Reynfeldt hökumət olaraq bu qərarla tamamilə razı olmadıqlarını bildirib. «Qərarın heç bir gücü yoxdur, tamamilə daxili siyasətə hesablanıb. Biz qərarın İsveç-Türkiyə əlaqələrinə mənfi yöndə təsir etməsinə izn verməyəcəyik. İsveç bu günə qədər olduğu kimi bundan sonra da başda Avropa Birliyi üzvlüyü prosesi olmaq üzrə, Türkiyəni hər sahədə dəstəkləməyə davam edəcək. Bir səs fərqlə alınan bu məsuliyyətsiz qərarın bu günə qədər mükəmməl davam edən qarşılıqlı əlaqələrimizə kölgə salmamağı üçün lazım olanları etməyə hökumət olaraq hazırıq», deyə baş nazir bəyan edib.

Öz növbəsində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İsveç hökumətinin tamamilə dəstəkləmədiyi bu qərarın heç bir mənfi nəticələrə gətirməməsi üçün müvafiq addımlar atmasını gözlədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR