Bank Of Baku

Balkan müharibəsinin qatilləri təqib olunur

Balkan müharibəsinin qatilləri təqib olunur
# 13 mart 2010 23:18 (UTC +04:00)
Bakı-APA. Serbiya polisi Kosovoda 1998-99 cu illər müharibəsi zamanı mülki vətəndaşları öldürərək onların evlərini qarət etməkdə şübhəli bilinən doqquz sabiq yarı-hərbi döyüşçüləri həbs edib. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, prokuror Bruno Vekariç qrupun cümə günü yaxalandığını bildirib. Bu şəxslər 1999-cu ildə Çuska kəndində 41 etnik albanı qətlə yetirməkdə ittiham olunur. Son həbslər Serbiya hökumətiunin Avropa Birliyinə daxik olmaq məqsədi ilə Balkan müharibələrində baş vermiş müharibə cinayətləri mühakimə etmək səyləri ilə üst-üstə düşür.

Bu arada Bosniya hökuməti 1995-ci ildə 8,000 müsəlman kişi və oğlanın saxlanmasında və edamında iştirak edən sabiq serb polis komandirinə qarşı cinayət işi qaldırıb. Rəsmilər deyirlər ki, Nedyo İkoniç BMT-nin Srebrenitsada quraşdırdığı sığınacaqdan qaçmağa çalışan min müsəlmanın saxlanmasına və edamın göstəriş verib. O, Birləşmiş Ştatlarda həbs olunaraq bu ilin əvvəlində Sarayevoya təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR