Bank Of Baku

İtaliya polisi Siciliya mafiyasının 19 üzvünü həbs edib

İtaliya polisi Siciliya mafiyasının 19 üzvünü həbs edib
# 16 mart 2010 02:13 (UTC +04:00)
Bakı-APA. Siciliya polisinin bazar ertəsi keçirdiyi əməliyyat nəticəsində İtaliyanın ən çox axtarışda olan mafiozuna yaxın olan 19 nəfəri həbs olunub.

APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, həbs olunanlar arasında Siciliya mafiyasının 48 yaşlı «xaç atası» Matteo Messinı Denaronun qardaşı
Salvatore Messina Denaro da var.

Saxlanılan şəxslərə qarşı cinayət məqsədilə əlbir olmaqdan tutmuş, soyğunçuluğa qədər müxtəlif ittihamlar irəli sürülür.

Polisin «Qolem-2» adı altında Palermo şəhəri yaxınlığında həyata keçirdiyi əməliyyat nəticəsində hüquq mühafizə orqanlarının 200-ə qədər əməkdaşı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR