Bank Of Baku

Polşa bankından 2 milyon dollar oğurlanıb

Polşa bankından 2 milyon dollar oğurlanıb
# 16 mart 2010 16:30 (UTC +04:00)
Varşava-APA. Polşanın Vrotslav şəhərində özünü inkassator kimi təqdim edən naməlum şəxs 2 milyon dollara yaxın pul oğurlayıb. APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, oğurlanan pullar yerli banklardan birinə göndərilmək üçün hazırlanıbmış. Səhər saatlarında nağd pul xidmətinə gələrək özünü inkassator kimi təqdim edən şəxs pulları banka aparacağını bildirib və 2 milyon dolları götürərək aradan çıxıb. Hazırda polis oğrunun kimliyini, pulu bankdan necə ala bildiyini araşdırır. Faktı araşdırmaq üçün xüsusi təhqiqat qrupu yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR