Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Lazım gəlsə, Türkiyədə yaşayan 100 min ermənini deportasiya edəcəyik”

Rəcəb Tayyip Ərdoğan: “Lazım gəlsə, Türkiyədə yaşayan 100 min ermənini deportasiya edəcəyik”
# 16 mart 2010 20:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu BBC-nin Türk xidmətinə müsahibəsində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan deyib ki, qondarma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin ayrı-ayrı ölkələrdə qəbul edilməsinin Ermənistanla Türkiyə arasındakı münasibətlərə dəxli yoxdu: “ Bu ölkələrin Ermənistanla nə əlaqəsi var, bunlara bu vəzifəni kim verib? Haradan çıxarırlar özlərinə bu vəzifəni? Burada əgər tərəf olan ölkə varsa, bu da Türkiyə ilə Ermənistandır. Onlar çıxardıqları qərarlarla şou düzəldirlər və erməni xalqına zərər verirlər. Düzəlməsi gözlənilən məsələləri mümkünsüz edirlər”.

Ərdoğan hazırda Türkiyədə 170 min erməninin yaşadığını da deyib: “Bunlardan 70 min nəfəri mənim vətəndaşımdır. Amma 100 minini biz indi yola veririk. Biz sabah nə edəcəyik, lazım gəlsə, 100 mininə də “haydı, öz ölkənizə gedin” deyib, deportasiya edəcəyik. Bunu edəcəyik. Niyə? Onlar bizim vətəndaşımız olmadığından, ölkəmdə saxlamaq məcburiyyətində də deyiləm. Baş verənlər bizim indiyə kimi göstərdiyimiz xoş mərama mənfi təsir edir, amma deyəsən bunu edənlər neylədiklərinin fərqində deyillər ”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR