Bank Of Baku

Qordon Braun: «Türkiyəni Avropa Birliyi daxilindəki etibarlı tərəfdaşımız kimi görmək istəyirəm»

Qordon Braun: «Türkiyəni Avropa Birliyi daxilindəki etibarlı tərəfdaşımız kimi görmək istəyirəm»
# 16 mart 2010 21:45 (UTC +04:00)
Bakı-APA. Londonda işgüzar səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra açıqlama verən Böyük Britaniya baş naziri Qordon Braun Türkiyəni Avropa Birliyinin daxilində etibarlı tərəfdaş kimi görmək istədiyini bildirib.

APA-nın məlumatına görə, ölkəsinin Türkiyənin AB-nə üzvlük prosesinə dəstək verməyə davam etdiyini bildirən Braun Türkiyənin AB-nə daxil olmasının iqtisadi, mədəni və siyasi baxımdan Avropa Birliyinin daha güclü olması üçün önəmli olduğunu vurğulayıb.

Öz növbəsində Tayyib Ərdoğan İngiltərənin bundan sonra da Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstək verəcəyinə inandıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR