Bank Of Baku

Türkiyədən üzr istədiyinə görə İsveç baş naziri məhkəməyə verilib

Türkiyədən üzr istədiyinə görə İsveç baş naziri məhkəməyə verilib
# 17 mart 2010 00:08 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edərək parlamentin «erməni soyqırımı» qərarına görə üzr istəyən İsveç baş naziri Fredrik Reynfeldin hərəkəti sosial-demokratların qəzəbinə səbəb olub.

APA-nın məlumatına görə, müxalifətdəki İsveç Sosial-Demokrat partiyasının nümayəndəsi Svend Erik Osterberq, Reynfeldin, Ərdoğana zəng edərək parlamentin qərarına görə üzr istəməsinin ölkə qanunlarına zidd olduğunu bəyan edib. «Reynfeldin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edərək öz parlamentinin verdiyi qərar barədə saymazyana danışması və üzr istəməsi qanunlarımıza ziddir. Bu davranış hökumətin xalqın qərarına qarşı çıxması anlamına gəlir. Bu səbəbdən Ali Məhkəməyə Reynfeld haqqında ittihamla müraciət etmişik», deyə Osterberq bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR