Bank Of Baku

Avropa Şurası Yerli və Regional Konqresinin yeni baş katibi seçilib

Avropa Şurası Yerli və Regional Konqresinin yeni baş katibi seçilib
# 17 mart 2010 17:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli–APA. Bu gün Avropa Şurası Yerli və Regional Konqresinin 18-ci sessiyasının plenar iclasında Andreas Kiefer qurumun yeni baş katibi vəzifəsinə seçilib. APA-nın Avropa bürosunun məlumatına görə, plenar iclas çərçivəsində bu gün keçirilən seçkilərin ilk turunda A.Kiefer 137 səs qazanaraq seçkilərin qalibi elan edilib. Digər namizədlər - italiyalı xanım Antonella Caqnolati 94 səs, hollandiyalı Leo Platvoet isə cəmi 13 səs toplaya bilib.

Qeyd edək ki, A.Kiefer 6 oktyabr 1957-ci ildə Avstriyanın Salzburq şəhərində anadan olub, Salzburq və Lints universitetlərində hüquq və iqtisadi biliklər üzrə təhsil alıb. Son vaxtlar Salzburq yerli hökumətində Avropa işləri üzrə şöbənin direktoru vəzifəsini icra edib. Evlidir, 3 övladı var.

A.Kiefer Avropa Şurası Yerli və Regional Konqresinin baş katib vəzifəsinin icrasına 2010-cu ilin aprelin 1-dən başlayacaq və 5 il müddətində bu vəzifələri icra edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR