Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin tarixi parlamentlərdə təhrif edilməyəcək qədər təmizdir, əzizdir, şanlıdır, günəş kimi parlaqdır”

Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin tarixi parlamentlərdə təhrif edilməyəcək qədər təmizdir, əzizdir, şanlıdır, günəş kimi parlaqdır”
# 18 mart 2010 12:07 (UTC +04:00)
Tədbirdə çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistana növbəti mesaj göndərib. Baş nazir uydurma “erməni soyqırımı” iddialarına işarə vuraraq deyib: “1915-ci ildə və ondan əvvəl bizim millətimizi yox etmək üçün hər cür əməllər həyata keçirilərkən, bu millət aclığa, yoxsulluğa, ölümə məhkum edilərkən bu vəhşəti görməyərək başqa məsələləri gündəmə gətirmək haqsızlıqdır, vicdansızlıqdır. Göydən ölüm yağarkən bizim əsgərimiz içdiyi qəhvəni düşmənlə paylaşırdı. Çünki babaları kimi insan həyatının müqəddəsliyini, haqsız yerə kiminsə canına qıymağın günahların ən böyüyü olduğunu bilirdilər. 1915-ci il hadisələri ilə bağlı iddiaların qərəzli və çirkin olduğunu bir daha bildirmək istəyirəm. Bizim mədəniyyətimizdə öldürmək, qətlə yetirmək, soyqırıma məruz qoymaq yoxdur. Biz hər zaman savaşa deyil, barışa üstünlük veririk. Bizim mədəniyyətimiz sevgi mədəniyyətidir. Gələcək kin və nifrət üzərində qurula bilməz. Bu ölkənin tarixi parlamentlərdə təhrif edilməyəcək qədər təmizdir, əzizdir, şanlıdır, günəş kimi parlaqdır”.
R. T. Ərdoğan bəyan edib ki, 1915-ci ildə Türkiyənin şərqində baş vermiş hadisələri aydınlaşdırmaq istəyənlərin ünvanı parlamentlər deyil, arxivlər, tarixi sənəd, raport və məktublar olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR