Bank Of Baku

Türkiyənin Ərzincan Universitetinin rektoru özünü asıb

Türkiyənin Ərzincan Universitetinin rektoru özünü asıb
# 18 mart 2010 12:30 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Ərzincan Universitetinin rektoru, professor Ərdoğan Büyükkasap martın 18-də iş otağında intihar edib. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, 48 yaşlı rektor kabinetində kabellə özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil. Məlum olan budur ki, ötən həftə universitetdə 3 nəfər korrupsiya ittihamı ilə həbs edilib.

Qeyd edək ki, Ə. Büyükkasap 2007-ci il mayın 18-də o vaxtkı prezidenti Əhməd Nejdət Sezər tərəfindən Ərzincan Universitetinin rektoru təyin olunub. Mərhum atom və molekulyar fizika üzrə mütəxəssis idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR