Bank Of Baku

CHP-nin sədr müavini: “Ermənistana unuda bilməyəcəyi bir dərs vermək lazımdır”

CHP-nin sədr müavini: “Ermənistana unuda bilməyəcəyi bir dərs vermək lazımdır”
# 18 mart 2010 14:32 (UTC +04:00)
Siz ona cavab verməsəniz, bu cür fəaliyyətləri davam etdirəcək. Ölkəmiz əleyhinə fəaliyyətlərin kökü, mənşəyi olan Ermənistana da unuda bilməyəcəyi bir dərs vermək lazımdır”. APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini, millət vəkili, keçmiş səfir Onur Öymən deyib. O. Öymən ABŞ və İsveçdə uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarların Türkiyənin bütün vətəndaşlarını üzdüyünü və dərindən yaraladığını söyləyib. O, Türkiyəyə qarşı bu kampaniyanın 1975-ci ildə türk ordusunun Kipr adasına daxil olmasından sonra başladığını bildirib: “Türkiyə şərəfli bir ölkədir. Türk milləti ləyaqətini hər şeydən uca tutan millətdir. Biz heç vaxt atalarımızın əleyhinə söz söylənməsinə dözə bilmərik. Heç kim atalarımızın qatil olduğunu bizə qəbul etdirə bilməz”.

Sabiq diplomat Ermənistanın Avropa Birliyi çərçivəsində də saxta “soyqırım”ı tanıtmaq niyyətində olduğunu açıqlayıb: “Hökumətə xəbərdarlıq edirik. Bu il ərzində Avropa Birliyində “soyqırım”la bağlı qərarın qəbul olunmasına çalışacaqlar. Bu qərara əsasən soyqırımın baş vermədiyini söyləmək cinayət sayılacaq. Biz bu mövzunu Türkiyə Böyük Millət Məclisinin gündəminə gətirəcəyik. Bu məsələlərdə heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu, milli şərəf, milli heysiyyət məsələsidir”.

Onur Öymən Ermənistanla imzalanmış protokolların parlamentdən geri götürülməsi tələblərini də təkrarlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR