Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Beynəlxalq mətbuat ermənilərlə bağlı sözlərimi təhrif edir”

Rəcəb Tayyib Ərdoğan: “Beynəlxalq mətbuat ermənilərlə bağlı sözlərimi təhrif edir”
# 19 mart 2010 11:18 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatları rəhbərlərinin toplantısında çıxış edən R. T. Ərdoğan BBC-yə müsahibəsində ermənilər haqqında işlətdiyi fikirlərlə əlaqədar onu tənqid edənlərə cavab verib. Baş nazir onu üzr istəməyə çağıranlara səslənib: “Biz kimdən üzr istəyəcəyimizi bilirik. Siz kimin vəkilisiniz? Bizə insanlıq dərsi vermək istəyənlərə, qəzet yazarlarına səslənirəm: Siz öncə türk millətinə vəkillik edin! Bizim insanlıq anlayışımızı test etməyin. Biz Akdamar kilsəsini kimdənsə təlimat almadan, özümüz restavrasiya etdik. Ermənistanla hava əlaqəsi bizim vaxtımızda yarandı. Bizim erməni vətəndaşlarımızla heç bir problemimiz yoxdur”.

R. T. Ərdoğan bir daha təkrarlayıb ki, tarix parlamentlərdə yazıla bilməz: “Tarixi öyrənmək istəyənlər arxivlərə girməli, ağla qaranı ortaya qoymalıdır. Bizə qarşı qərəzli addımların cavabı ağır olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR