Bank Of Baku

Gürcüstanda qanunsuz silah alverində şübhəli bilinən 23 nəfər yaxalanıb

Gürcüstanda qanunsuz silah alverində şübhəli bilinən 23 nəfər yaxalanıb
# 19 mart 2010 14:58 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın qərbində - Sameqrelo bölgəsində qanunsuz silah alverində şübhəli bilinən 23 nəfər yaxalanıb. APA-nın “Qruziya Online” portalına istinadən verdiyi məlumata görə, həbs olunanlar arasında silah mağazasının sahibi Qogi Çomaxidze və qruplaşmanı idarə edən Nestan Tsulaya adlı qadın da var. N. Tsulayanın Zuqdidi şəhərindəki mağazadan silah alaraq Abxaziyaya göndərdiyi və silahların orada kriminal qruplara satıldığı müəyyənləşib.

Dəstə üzvləri haqqında cinayət işi qaldırılıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR