Bank Of Baku

Bu gün Britaniya baş naziri parlament seçkilərinin keçirilmə tarixini elan edəcək

Bu gün Britaniya baş naziri parlament seçkilərinin keçirilmə tarixini elan edəcək
# 06 aprel 2010 02:01 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın baş naziri Qordon Braun bu gün rəsmi olaraq ümumi seçkilərin keçirilmə tarixini elan edəcək.

APA-nın məlumatına görə, prosedura əsasən o səhər tezdən kraliça İkinci Yelizavetadan parlamenti buraxmağı xahiş etmək üçün Bukingem sarayına gedəcək.

Yalnız bundan sonra baş nazir rəsmi olaraq seçkilərin keçirilmə tarixini elan edəcək və seçki kampaniyasına start verəcək.

Leyborist partiyasındakı mənbənin Sky News telekanalına verdiyi məlumata görə, baş nazir seçkiləri mayın 17-nə təyin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR