Bank Of Baku

«İsrail yenidən Qəzza zolağına hücum etsə, Türkiyə buna sakit baxmayacaq»

«İsrail yenidən Qəzza zolağına hücum etsə, Türkiyə buna sakit baxmayacaq»
# 06 aprel 2010 04:09 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəceb Tayyib Ərdoğan yenə antiisrail bəyanatı ilə çıxış edib.

«Biz sakitcə durub Qəzzada uşaqların necə öldürüldüyünə baxa bilmərik. Bu insaniyyətdən kənardır», deyə Türkiyə hökumətinin başçısı TRT kanalına bildirib.

«Türkiyə həmişə müsəlmanların tərəfində olacaq. Əgər biz zəlzələdən zərər çəkmiş Çili və Haitiyə kömək etdiksə, niyə Qəzzadakı fələstinlilərə kömək etməməliyik?», deyə Ərdoğan soruşub.

Onun sözlərinə görə, İsrail yenidən Qəzza zolağına hücum etsə, Türkiyə buna sakit baxmayacaq.

«Biz həmçinin islam dünyası üçün vacib olan Qüds probleminə biganə qala bilmərik. Ölkəmiz nəzərlərini Qərbə çevirməsinə baxmayaraq, heç vaxt Şərqə arxa çevirməyəcək. Türklərlə ərəblər qardaşdırlar, biz həmişə yaxın olmuşuq, bizim dəyərlərimiz eynidir. Biz Qüdsün üzərində buludların necə cəm olmasına sakit baxmayacağıq. Qüds bizim sivilizasiyamızın incisidir», deyə Ərdoğan yekunlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR