Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin vəzifə başında olan 25 generalı və 78 zabitinin həbsi son anda əngəllənib

Türkiyə Silahlı Qüvvələrinin vəzifə başında olan 25 generalı və 78 zabitinin həbsi son anda əngəllənib
# 06 aprel 2010 13:39 (UTC +04:00)
Lakin İstanbulun baş prokuroru Aykut Çingiz Enginin son anda müdaxiləsi ilə bu həbslər gerçəkləşməyib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, aprelin 5-də “Balyoz”la bağlı istintaqı aparan İstanbul Cümhuriyyət Baş Prokurorluğunun müstəntiqləri Bilal Bayraktar və Mehmet Berk baş prokurordan xəbərsiz 103 fəaliyyətdə olan zabitin həbsi üçün sanksiya imzalayıblar və 14 rayonda əməliyyat başlayıb. Həbs olunacaq zabitlərin siyahısında Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Cənub” və “Şimal” dəniz sahələrinin komandanları da olub. (“Cənub” Dəniz Sahəsi Aralıq və Egey dənizləri istiqamətlərində, “Şimal” Dəniz Sahəsi isə Mərmərə və Qara dəniz istiqamətlərində Türkiyənin təhlükəsizliyinə cavabdehdir). Ancaq baş prokuror A. Ç. Engin onun razılığı olmadan həbslərin aparılmamasına dair verdiyi təlimatı yerinə yetirmədikləri üçün müstəntiqləri “Balyoz” işinin istintaqından kənarlaşdırıb. Əməliyyat zamanı istefada olan 14 hərbçi həbs edilib. Həbsinə sanksiya verilmiş fəaliyyətdə olan 103 zabitlə bağlı son qərarı isə yeni müstəntiqlər verəcək.

Qeyd edək ki, hazırda Türkiyə Silahlı Qüvvələrində 320 general rütbəli zabit var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR