Bank Of Baku

Rıdvan Dilmən azadlığa buraxılıb

Rıdvan Dilmən azadlığa buraxılıb
# 07 aprel 2010 09:29 (UTC +04:00)
Bakı – APA. Aprelin 6-da İstanbulda polis tərəfindən saxlanılan Türkiyənin məşhur futbol şərhçisi, keçmiş futbolçu Rıdvan Dilmən sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, aprelin 7-də səhər saatlarında polisin nəzarətində həkim müayinəsindən keçirilən R. Dilmən bir qədər sonra azad edilib.

Xatırladaq ki, R. Dilmənin qanunsuz telefon dinləmələri ilə məşğul olan mütəşəkkil dəstə ilə əlaqədə ittiham edilərək saxlanıldığı xəbər verilmişdi. Onun həyat yoldaşı və sevgilisinin telefon danışıqlarını bu dəstə vasitəsilə dinlədiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR