Bank Of Baku

Türkiyənin baş naziri Ermənistan prezidentindən görüş istəyib

Türkiyənin baş naziri Ermənistan prezidentindən görüş istəyib
# 07 aprel 2010 15:57 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyana Vaşinqtonda görüş keçirməyi təklif edib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, təklifi S. Sarkisyana R. T. Ərdoğanın xüsusi elçisi, Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu çatdırıb: “Xüsusi elçi Türkiyə baş nazirinin yazılı, Türkiyə prezidenti və xarici işlər nazirinin isə şifahi müraciətini Ermənistan prezidentinə çatıdırıb”.

S. Sarkisyan görüşdə bəyan edib ki, Ermənistan Türkiyədən münasibətlərin qeyd-şərtsiz normallaşması prosesində ciddi irəliləyişlərə səbəb olacaq praktik addımlar gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR