Bank Of Baku

Tayyib Ərdoğan: «Fransa Türkiyənin müttəfiqidir»

Tayyib Ərdoğan: «Fransa Türkiyənin müttəfiqidir»
# 08 aprel 2010 02:45 (UTC +04:00)
Bakı-APA. «Fransa bir çox dedi-qodulara rəğmən Türkiyənin dostudur. Müttəfiqidir. Ən güclü əlaqələrə malik olduğu ölkələrdən biridir». APA-nın məlumatına görə, Fransada səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.

Maraqlıdır ki, Ərdoğanla birgə mətbuat konfransında iştirak edən Fransanın Avrupa Birliyi məsələləri naziri Pyer Leluş Türkiyənin Avropa Birliyi üzvlüyünə müsbət baxmadığını bildirib. «Türkiyə önəmli bir ölkədir. Ancaq Avropa Birliyi ilə yalnız Rusiya kimi özəl bir tərəfdaşlıq münasibətində olmalıdır. Bundan üstünü mümkün deyil», deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR