Bank Of Baku

Türkiyə baş naziri: «İsrail heç vaxt özünə tənqidi yanaşmır»

Türkiyə baş naziri: «İsrail heç vaxt özünə tənqidi yanaşmır»
# 08 aprel 2010 04:32 (UTC +04:00)
Bakı-APA. Fransaya rəsmi səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fransanın aparıcı şirkətlərinin menecerləri ilə görüşdükdən sonra mətbuat konfransı keçirib.

Ərdoğan Xarici işlər nazirliyi müşavir köməkçisi Feridun Sinirlioğlunun Ermənistan səfəriylə bağlı «Sarkisyanın yanına xüsusi nümayəndəmi göndərdim. Bir məktubum var. Bu məktubun nəticəsini aldıqdan sonra şərh verəcəyəm», deyə bildirib.

Sarkozi ilə görüşdə Türkiyə-Fransa əlaqələrini müzakirə etdiklərini bildirən Ərdoğan, «Sarkozini Türkiyəyə dəvət etdim. O da gələ biləcəyini bildirdi. Dəqiq tarix hələ məlum deyil ancaq bu ilin sonunda gələcəyini təxmin edirəm» deyə əlavə edib.

Türkiyə hökumətinin başçısı İsrail baş naziri Benyamin Netanyahunun Ərdoğanın davamlı olaraq İsraili tənqid etməsindən narahatlığını bildirməsinə də şərh verib: «Heç bir açıqlamamı cavabsız buraxmırlar. Yəni heç vaxt özlərinə tənqidi yanaşmazlar. Elə bil onların haqsız olduqları bir gün yoxdur. Hər zaman onlar haqlıdırlar. Belə əhval-ruhiyyədədirlər. Lakin dünya belə düşünmür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR