Bank Of Baku

İtaliya polisi bir gün ərzində mafiyadan 700 milyon avro müsadirə edib

İtaliya polisi bir gün ərzində mafiyadan 700 milyon avro müsadirə edib
# 09 aprel 2010 03:08 (UTC +04:00)
Uğurlu əməliyyat nəticəsində cinayətkar Kazalezi ailəsinə məxsus mənzillər, anbarlar, mağazalar, avtoservis stansiyaları və kənd təsərrüfatı əkinləri müsadirə edilib və beləliklə də, mafiya klanının yerli iqtisadiyyata təsirinə kəskin zərbə endirilib.

Əməliyyatın nəticələri ölkə rəhbərliyində də əks-səda doğurub. Ölkənin baş naziri Silvio Berluskoni artıq bu hadisəni "ən iri miqyaslı müsadirə" adlandırıb.

Müqayisə üçün qeyd edək ki, ötən il ərzində İtaliya hüquq mühafizə orqanları mafioz qruplaşmalar olan "Koz nostra" (Siciliya), "Kamorra" (Neapol) və "Ndranqeta" (Kalabriya) ailələrinin ümumilikdə 135 milyon avro dəyərində əmlakını müsadirə ediblər.

Buzovlar ölkəsinin daxili işlər naziri Roberto Maroni "məbləğin 10 milyard avroya qədər yüksələ biləcəyini" bildirib və əlavə edib ki, "bu gün bütün vicdanlı adamlar üçün bayramdır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR