Tomas Markert: «Azərbaycanın Seçki Məcəlləsi seçkilərin demokratik və ədalətli təşkil edilməsində maneə deyil» - MÜSAHİBƏ
- Şəxsən mənim özümün Azərbaycanla bağlı elə bir fəaliyyətim olmayıb, amma təbii ki, Azərbaycanla bağlı bu və ya digər sahələrdə gedən əməkdaşlıqdan xəbərim olub və hal-hazırda gedən işlər haqda da məlumatlıyam.
- Azərbaycan Seçki Məcəlləsi ilə tanışsınızmı?
- Təbii, hesab edirəm ki, Azərbaycanla seçki sahəsindəki əməkdaşlıq, hal-hazırda apardığımız əməkdaşlığımızın ən vacib sahəsidir. Bir tərəfdən Azərbaycanda bu ilin noyabr ayında parlament seçkiləri keçiriləcək, digər tərəfdən isə məcəllənin bəzi islahatlara ehtiyacı var və eyni zamanda Azərbaycanda ümumi praktik islahatların da aparılmasına ehtiyac duyulur. Yəni əgər biz seçkiləri izləyən müşahidəçi missiyaların müxtəlif nəticələrinə nəzər yetirsək, hər zaman bəzi çatışmazlıqlar haqdakı faktların üzə çıxdığını görürük. Buna sübut olaraq seçki sahəsindəki çatışmazlıqlara görə Avropa İnsan Haqları Məhkəməsi dünən Azərbaycan hökumətinə qarşı qərar da çıxarıb. Ola bilsin ki, bu heç də seçki məcəlləsinin baxışdan keçirilməsi ilə əlaqəli olmasın, onun yaxşı həyata keçirilməməyi ilə əlaqəli olsun. Yəni burda söhbət qanun layihəsinin düzgün işlədilməməyindən gedir. Məlum olan odur ki, bu sahədə hələ işləməyə ehtiyac var və mənim həmkarım, VK-nın seçkilər və referendumlar şöbəsinin rəhbəri Sergey Kuznetsov gələn həftə Bakıya gedir və orada qeyd etdiyim bu məsələləri müzakirə etmək üçün Prezident Administrasiyası, Mərkəzi Seçki Komitəsi və digər aidiyyəti olan orqanlarla görüşlər keçirəcək.
- İndiki məqamda yalnız müzakirələr aparılır yoxsa seçki sahəsində hər hansı konkret təkliflər planınız var artıq?
- Gələn həftəki görüşlərə gəldikdə, Azərbaycan hökumət dairələri ilə indiki məqamda yalnız müzakirələr aparılacaq. Çünki indiyə kimi Azərbaycan tərəfindən seçki məcəlləsinə dəyişikliklərin edilməsi sahəsində əməkdaşlığa dair bizə hər hansı bir təklif və yaxud sorğu gəlməyib, amma hakimlər və MSK üzvləri ilə treninqlərin təşkil edilməsi kimi seçki məsələsinə dair digər sahələrdə təbii ki müəyyən işlər aparılacaq. Və inanıram ki, AİHM-nin məhz dünənki qərarından sonra Azərbaycan tərəfi özü bu əməkdaşlıqda daha çox maraqlı olacaq.
Təbii ki, seçki məsələsi əsas sahələrdəndir və VK-nın da iştirak etdiyi Avropa Şurasının bununla bağlı xüsusi fəaliyyət planı var, amma bundan başqa əlbəttə əməkdaşlığımızın digər sahələri də mövcuddur. Məsələn bu yaxınlarda bildiyiniz kimi Azərbaycanda konstitusiyaya dəyişikliklər üzrə referendum keçirilmişdi və VK də bununla bağlı öz rəyini bildirmişdi. Bu referendumun ardınca Azərbaycanda bir çox qanun layihələri qəbul olundu və Azərbaycan hökuməti referendumdan irəli gələn qanunları həyata keçirmək üçün müxtəlif qanunlara dair VK ilə məsləhətləşmələr aparmaq istəyini bildirmişdi və əlbəttə ki sözügedən referendumun həyata keçirilməsi çərçivəsində qəbul edilmiş və gələcəkdə qəbul olunacaq qanunlara dair VK bir çox rəy verdi. Məsələn hal-hazırda biz Azərbaycanda normativ aktlara dair qanun layihəsini nəzərdən keçiririk və bununla bağlı rəyimizi növbəti sessiyamızda qəbul edəcəyik. Azərbaycanla keçmiş əməkdaşlığımızda insan haqları sahəsinə dair Azərbaycan tərəfindən rəy verməmiz üçün müxtəlif sorğular almışdıq. Buna misal olaraq, Azərbaycanda sərbəst toplaşma qanunu haqda öz rəyimizi bildirmişdik və bizim bu rəyimiz tətbiq edilməkdə olan qanun üçün çox yararlı oldu.
- Amma seçkilərdən öncə Azərbaycanda sərbəst toplaşma məsələsi də aktuallaşıb və bu qanundan narazı olanlar da var. Bu istiqamətdə necə, seçkilərə qədər hər hansı bir iş aparılacaqmı?
- Bildiyiniz kimi VK AŞ-nın monitorinq aparan orqanı deyil, bu işlə təşkilatın Parlament Assambleyası məşğul olur. VK yalnız ona ölkənin birbaşa özü və yaxud AŞ-nın hansısa orqanı, əsasən də AŞ PA tərəfindən hər hansı bir sorğu olduğu halda məsələyə müdaxilə edib öz rəyini verə bilər. Azərbaycan və yaxud AŞ PA tərəfindən belə bir sorğu gələrsə, biz onda öz yardımımızı göstərə bilərik, biz özümüz hər hansı bir təşəbbüs göstərmirik. Belə isə onu deyə bilərəm ki, bu qanun layihəsi fikrimcə özü-özlüyündə yaxşı bir qanundur, amma onun necə tətbiq edilməsi isə tamam başqa məsələdir.
- Hazırkı seçki məcəlləsi ilə demokratik və ədalətli seçkilər keçirmək mümkündürmü?
- Hesab edirəm ki, bu seçki məcəlləsinin məzmunu seçkilərin demokratik və ədalətli təşkil edilməsində maneə deyil. Bunu etmək üçün ilk növbədə siyasi iradə lazımdır. Əlbəttə ki bunu asanlaşdırmaq üçün məcəllənin bəzi müddəalarını yaxşılaşdırmaq da olar, lakin qanun özü özlüyündə maneçilik törətməməlidir.
- Azərbaycanda MSK-da bir neçə yer hələ də boş qalır. Buna münasibətiniz?
- Əlbəttə mən anlayıram ki, seçki məcəlləsində ən əsas problemlərdən biri MSK-nın tərkibi məsələsidir. Çünki burada çoxluqla müxalifət arasında tarazlığın yaradılması vacibdir və bu tarazlığa nail olmaq o qədər də asan bir məsələ deyil. Bununla belə, deməliyəm ki, MSK-da hansısa boş yerlərin qalmasına dair mən şəxsi fikir bildirmək istəməzdim. Ola bilsin ki, bizim məruzəçilər hal hazırda bu məsələni araşdırırlar, amma şəxsən mənim indi bu haqda məlumatım yoxdur.
- Azərbaycan Konstitusiyasına münasibətiniz necədir, sizcə bu sənədi baxışdan keçirməyə ehtiyac varmı?
- Düzünü deyim ki, VK Azərbaycanın indiyə kimi olan konstitusiyalarını sistematik şəkildə öyrənməyib, amma bizə hər zaman maraqlı gələn Azərbaycan konstitusiyasına görə ölkənin prezident respublikası olmasıdır bu da Avropa praktikası üçün çox fərqli yanaşmadır. Avropa ölkələrinin bir çoxunda parlament və yaxud prezident-parlament üsul idarəsi mövcuddur və yalnız nadir hallarda prezident respublikası ilə rastlaşırıq. Təbii ki, prezident respublikalarında hakimiyyətin bir şəxsin əlində cəmləşdirilməsi riskləri daha çox olur və biz də rəylərimizi verəndə Azərbaycanda icraedici hakimiyyətə münasibətdə parlamentin də hakimiyyətini gücləndirməyi arzuolunan hesab etdiyimizi hər zaman qeyd edirik.
- Azərbaycana nə vaxt səfər etməyi düşünürsünüz?
- Hazırda iş cədvəlimdə belə bir səfər nəzərdə tutulmayıb, amma əməkdaşlığımızı, birgə işimizi nəzərə alsaq, belə bir fürsət ələ düşən kimi hökmən gedəcəyəm. Bundan başqa Azərbaycandan da VK-na edilən səfərlər də çox vacibdir və biz VK-nın yaranmasının 20 illiyi tədbirində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidentini bu ilin iyun ayının 5-də Venesiyaya dəvət etmişik. Ümid edirik ki, ya prezidentin özü və yaxud o da olmazsa ölkənin yüksək vəzifəli təmsilçilərindən biri bizim dəvətimizi qəbul edərək bu tədbirdə iştirak edə biləcək.
Avropa
Zelenski Putinə açıq məktub ünvanlayıb
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Xəbər Lenti
Zelenski Putinə açıq məktub ünvanlayıb
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3526 nəfərə çatıb
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
Hakan Fidan Qətərin Baş naziri ilə ABŞ-İran danışıqlarını müzakirə edib
NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edilib
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib
SEPAH: Atəşkəs Livanı da əhatə etməlidir
KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxlayıb - VİDEO
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Rusiya və ABŞ sabah Berinq boğazından keçən tunel haqqında saziş imzalayacaq
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində olduğunu bildirib, detalları açıqlayıb
Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Füzulidə 120 kq yararsız ət aşkarlanıb
Ermənistanda qiyamçı keşiş Baqrat ev dustaqlığına buraxılıb
Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Keşlədə obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
DGK: Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət yetirmək tövsiyə edilir
Xorvatiyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB - FOTO
Şahdəniz sazişinin 30 ili tamam olur: yataqdan indiyədək 271 mlrd. kubmetr qaz hasil edilib
“Az çəki, çox həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir
Cəlilabadda avtomobil yük maşınına çırpılıb, 5 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB
Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar