Bank Of Baku

Polşa prezidentinin səlahiyyətləri parlament sədrinə keçib

Polşa prezidentinin səlahiyyətləri parlament sədrinə keçib
# 10 aprel 2010 12:01 (UTC +04:00)
APA-nın RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə seymin dəftərxanasından bildirilib.

Dövlət başçısının ölümü ilə əlaqədar onun səlahiyyətlərinin Seymin spikerinə keçməsi proseduru Polşa Konstitusiyasında nəzərdə tutulur.

Qeyd edək ki, Polşa prezidentinin təyyarəsinin bu gün Bakı vaxtı ilə saat 12 radələrində Smolensk vilayətində qəzaya uğraması nəticəsində 132 nəfər həlak olub. Həlak olanlar arasında prezident Lex Kaçinski, həyat yoldaşı Mariya Kaçinskaya, habelə Polşanın yüksək vəzifəli rəsmi şəxsləri və görkəmli ictimai-siyasi xadimləri var.

Nümayəndə heyəti Katında keçirilən matəm tədbirlərində iştirak etmək üçün Smolenskə gəlirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR