Bank Of Baku

Polşa prezidentinin cəsədi Varşavaya gətirilib

Polşa prezidentinin cəsədi Varşavaya gətirilib
# 11 aprel 2010 20:23 (UTC +04:00)
Təyyarə “MiQ-29” qırıcılarının müşayiəti ilə aeroporta enib. Hava limanında fəxri qarovul düzülüb.

Təyyarə Smolenskin “Severniy” hərbi aerodromundan qalxmazdan əvvəl təntənəli vida mərasimi təşkil olunub.

Mərasimdə Rusiyanın baş naziri Vladimir Putin və Polşanın Rusiyadakı səfiri Yeji Artur Bar da iştirak ediblər.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi aprelin 10-da Bakı vaxtı ilə saat 12 radələrində Smolensk yaxınlığında aerodroma eniş zamanı qəzaya uğrayıb. Polşa prezidenti və xanımı Mariya Kaçinskaya da daxil olmaqla, təyyarənin göyərtəsindəki 96 nəfərin hamısı həlak olub. Həlak olanlar arasında Polşanın yüksək vəzifəli rəsmi şəxsləri, görkəmli ictimai-siyasi xadimləri var. Nümayəndə heyəti Katın faciəsinin qurbanlarının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk şəhərinə gəlirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR