Bank Of Baku

Lex Kaçinskinin dəfn mərasimində dövlət başçıları da iştirak edəcək

Lex Kaçinskinin dəfn mərasimində dövlət başçıları da iştirak edəcək
# 12 aprel 2010 15:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşa prezidenti Lex Kaçinskinin dəfn mərasimində müxtəlif ölkələrin dövlət başçıları da iştirak edəcək. APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. O bildirib ki, dəfndə ABŞ prezidenti Barak Obamanın da iştirakı istisna deyil.

Polşa prezident dəftərxanası rəhbərinin müavini Yasek Sasin isə bildirib ki, aviaqəzada ölənlərin əsas dəfn mərasimi aprelin 17-nə planlaşdırılıb. Dəfn mərasiminin dəqiq vaxtı aviaqəza qurbanlarının hamısının cəsədləri Polşaya gətirildikdən sonra müəyyənləşəcək.

Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov bəyan edib ki, dəfn mərasiminin vaxtı açıqlandıqdan sonra Azərbaycanı mərasimdə kimin təmsil edəcəyi müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR