Bank Of Baku

Lex Kaçinski və xanımı aprelin 18-də dəfn olunacaq

Lex Kaçinski və xanımı aprelin 18-də dəfn olunacaq
# 14 aprel 2010 09:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Aprelin 10-da Rusiya ərazisində baş vermiş aviaqəzada ölən Polşa prezidenti Lex Kaçinski ilə xanımı Mariya Kaçinskinin nə vaxt və harada dəfn olunacaqları müəyyənləşib. APA-nın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, dəfn mərasimi aprelin 18-də keçiriləcək və yerli vaxtla saat 14.00 başlayacaq. Kaçinskilər Krakov şəhərindəki Vavel qəsrində dəfn olunacaqlar.
Xatırladaq ki, aprelin 13-dən Varşavadakı prezident sarayında Lex və Mariya Kaçinskilərlə vida mərasimi başlayıb. Vida mərasimi dəfn gününə qədər davam edəcək.
Aviaqəzanın digər qurbanlarının dəfn günü isə hələlik müəyyənləşməyib. Dəfn günü ölənlərin hamısının cəsədinin tanınması başa çatdıqdan sonra bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR