Bank Of Baku

İslandiyada güclü vulkan püskürməsi səbəbilə Avropanın şimalında bütün aeroportlar bağlanıb

İslandiyada güclü vulkan püskürməsi səbəbilə Avropanın şimalında bütün aeroportlar bağlanıb
# 15 aprel 2010 16:38 (UTC +04:00)
Küləyin gətirdiyi kül kütləsi səbəbindən Şimali Avropanın bir çox ölkələrində, o cümlədən Danimarka və Norveçdə uçuşlar ləğv olunub. Bu gün Bakı vaxtı ilə 16.00-da Birləşmiş Krallığın ərazisində uçuşlar dayandırılıb. Vulkan püskürməsi nəticəsində qatı kül kütləsinin uçuş zamanı təyyarələrin motorlarına dolaraq onun işinin dayandırması təhlükəsi yaranıb. Artıq havada olan, lakin Hitrou hava limanına enməyə macal tapmayan təyyarələr Avropanın digər aeroportlarına məcburi eniş etməli olublar. Britaniyanın hava məkanında uçuşların bərpa olub-olunmayacağı barədə növbəti qərar vəziyyət dəyərləndirildikdən sonra Bakı vaxtı ilə 22.00-da çıxarılacaq. Britaniyadan başqa Danimarka, Norveç, İsveç və Finlandiyada da uçuşlarla bağlı problem yaranıb. Artıq bu ölkələrdə bir çox reyslər ləğv olunub. Xatırladaq ki, İslandiyanın buzlaq bölgəsində Eyyafyadlayokudl vulkanı püskürüb. Bu kraterdə vulkan püskürməsi sonuncu dəfə 1821-ci ildə qeydə alınıb və püskürmə iki il davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR